Bakıda bir nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda bir nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 26 may 2012 10:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 25-də saat 20:20 radələrində Bakının Xətai rayonunda bir nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, Elnur Əzizov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yol ayrıcındakı maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Firuz Piracov, Tatyana Oktyamova və Əli Salmanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR