Azərbaycanın İordaniyadakı səfiri bu ölkə Senatının sədr müavini ilə görüşüb
06 may 2012 21:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniya Senatının sədrinin birinci müavini Abdurrauf Ravabdehlə görüşüb.
Səfirlikdən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Ravabdehin başçılığı ilə nümayəndə heyətinin keçən ay ölkəmizə edilmiş səfərin nəticələri haqqında fikir mübadiləsi aparılıb.
Senat təmsilçisi iki ölkənin qanunverici orqanları arasında yeni əməkdaşlıq üfüqləri açılacağına əminliyini ifadə edib. O bildirib ki, Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşündə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərindən bəhs edilib.
İordaniya rəsmisi ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, işğalın gec-tez başa çatacağına, Azərbaycanın öz torpaqlarını tezliklə geri qaytaracağına əminliyini vurğulayaraq hazırda beynəlxalq münasibətlərdə beynəlxalq hüququn deyil, ayrı-ayrı böyük dövlətlərin maraqlarının hökm sürdüyünü təəssüflə qeyd edib.

Xarici siyasət
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
20:09
7 may 2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
19:36
7 may 2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
17:47
7 may 2024
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
17:24
7 may 2024