Azərbaycan Dillər Universitetində İspan Dili Mərkəzi açılır

Azərbaycan Dillər Universitetində İspan Dili Mərkəzi açılır
# 07 may 2012 09:18 (UTC +04:00)
Bakı – APA. Mayın 7-də Azərbaycan Dillər Universitetində İspaniya Krallığının Türkiyədəki səfiri Don Kristobal Ginzales Ayerin iştirakı ilə İspan Dili Mərkəzinin açılış mərasimi keçiriləcək. ADU-dan APA-ya verilən xəbərə görə, açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, İspaniya Krallığının Türkiyədəki səfiri Don Kristobal Ginzales Ayer, ADU-nun ispan dili kafedrasının müəllimi, İspaniya vətəndaşı Anxel Konde Munyoz, ispan dili kafedrasının müdiri, dosent Aybənisə Əliyeva və digər şəxslərin çıxışları, İspan Dili Mərkəzinin təmsilçisi Günel Hacıyevanın “İspan dili günləri” haqqında məruzəsi, həmçinin Kubanın Azərbaycandakı səfiri Don Marselo Kabalyero Torres və digər qonaqların təbrik nitqləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR