Türkiyədə 28 May Respublika Günü münasibətilə qəbul təşkil edilib - FOTO

Türkiyədə 28 May Respublika Günü münasibətilə qəbul təşkil edilib - <font color=red>FOTO</font>
# 29 may 2012 07:33 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Türkiyə prezidenti Administrasiyasının rəhbəri Mustafa İsen, enerji və təbii sərvətlər naziri Taner Yıldız, hal hazırda Türkiyədə səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, sabiq xarici ticarət naziri Kürşat Tüzmen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri İsmet Sezqin və Hikmət Çətin, Türkiyə Silahlı Qüvvələrinin komandanları, çox sayda sabiq və hazırkı millət vəkilləri, müxtəlif siyasi partiyaların rəhbərləri və təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çoxlu sayda QHT rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkib. Səfir, həmçinin Azərbaycanın hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək geniş şəkildə söz açıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız öz çıxışında iki ölkə əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, son illərdə atılmış strateji cəhətdən mühüm addımlardan söz açıb. Daha sonra tədbir iştirakçılarına ziyafət verilib.
Tədbirin sonunda iştirakçılara, İrs-Miras jurnalı və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu “Qloballaşmanın Tələbləri” adlı kitab təqdim olunub.
Qeyd olunub ki, 28 May Respublika Günü münasibətilə səfirlilik, Ankara ictimaiyyətində və xüsusilə də diplomatik korpus arasında mühüm əhəmiyyətə malik internet xəbər saytı www.ankarascene.com Azərbaycanla bağlı məlumatların yerləşdirilməsini təmin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR