Hollandiyadakı azərbaycanlılar İran səfirliyi qarşısında aksiya keçiriblər

Hollandiyadakı azərbaycanlılar İran səfirliyi qarşısında aksiya keçiriblər
# 23 sentyabr 2012 14:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, aksiya İrandakı soydaşlarımızın ana dilində təhsil almalarının mümkünsüzlüyünə etiraz olaraq keçirilib.
Bir saat davam edən aksiyada İrandakı Azərbaycan türklərinin ana dillərinin, mədəniyyət və ənənələrinin unutdurlması üçün atılan addımlara etiraz edilib, ana dilində təhsilin qadağan edilməsinin insan haqlarına zidd olduğu vurğulanıb.

Hollandiyadakı diaspora qurumunun başqanı olan İlhan Aşkın İranda yaşayan 35 milyon azərbaycanlının ana dilində təhsil almaq haqqının olduğunu vurğulayıb: “ Biz ana dilimizdə məktəblərin olmasını istəyirik. 35 milyon insana insan kimi münasibət göstərilməsini, ana dilində qəzet və televiziyasının olmasını tələb edirik”.

Hollandiyadakı Güney Azərbaycan Komitəsi başqanı Araz Atakan isə yeni dərs ilində də Azərbaycan türklərinin öz ana dillərində deyil, fars dilində təhsil almaq məcburiyyətində olduqlarını vurğulayıb: “Bizim uşaqlarımıza məcburən fars dili və mədəniyyəti öyrədilir, Azərbaycan dili, mədəniyyəti isə unutdurulur, assimliyasiya aparılır. Bu, bir mədəni soyqırımdır. Biz İran səfirliyi qarşısında buna etiraz edirik”.

Aksiya iştirakçıları beş bəndlik bəyanatı da səfirliyə təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR