«Bolkart» kredit kartı üzrə ödəmə müddəti iki dəfə artırılıb

«Bolkart» kredit kartı üzrə ödəmə müddəti iki dəfə artırılıb
# 04 mart 2013 12:23 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində nağdsız ödəmələri daha da təşviq etmək məqsədi ilə «Bolkart» kredit kartı üzrə ödəmə müddətlərini iki dəfə artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yalnız üç gün ərzində - martın 6, 7 və 8-də «Bolkart»ın keçərli olduğu mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə müddəti isə 12 aya kimi artırılır.

Qeyd olunan 3 gün ərzində müvafiq geyim, parfümeriya və aksesuar partnyorlarında «Bolkart»lılar məhsulun dəyərini bərabər hissələrlə 6 və ya 12 aya ödəyə bilər. Eyni zamanda, «12 aya ödə» partnyorlarında kampaniya ərzində ödəniş aylarının sayı 3 ay artırılır və 15 ay təyin edilir.

«Bu gün «Bolkart» Azərbaycanın ən populyar kredit kartıdır. Son məlumata görə, «Bolkart»dan 65 mindən çox Azərbaycan vətəndaşı gündəlik istifadə edir. Bu kartla ölkəmizin 600-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. «Bolkart» sahibləri kartlarından həmçinin vaxtaşırı nağd pul da çıxara bilirlər», - deyə məlumatda bildirilir.

«Bolkart»ın üstünlükləri ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkə səhifəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR