APA-nın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, ordudan ehtiyata buraxıldıqdan sonra Ukraynada yaşayan A.Vasyak bu günlərdə Bakıya çağırılaraq nazirliyin Daxili təhlükəsizlik idarəsinə rəis təyin olunub.
Qeyd edək ki, A.Vasyak 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Ağdərə əməliyyatında, eləcə də sonrakı dövrlərdə bir sıra döyüşlərdə iştirak edib. Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi və Hərbi Elmi Mərkəzdə çalışıb.