Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan şəxslər hansı hərbi hissədə xidmət edəcəklərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) saytından öyrənə biləcəklər.
APA-nın SHÇDX-nin saytına istinadən verdiyi məlumata görə, çağırışçılar təyin olduqları hərbi hissə haqqında məlumatları iyunun 30-dan etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən öyrənə bilərlər.
Qeyd edək ki, Dövlət Xidməti bu sistemin ilk dəfə 2013-cü il iyul çağırışında tətbiqinə başlayır.