"AzSığorta" qəza komissarlarının toplantısını keçirib

"AzSığorta" qəza komissarlarının toplantısını keçirib
# 16 may 2016 10:12 (UTC +04:00)

Bakı - APA-Economics. "AzSığorta" şirkəti həm özünün, həm də müştərilərinin mənafeyini qorumaq məqsədilə 13-14 may 2016-cı il tarixində Xaçmaz şəhərində "AzSığorta"nın Sığorta hadisələri departamentinin və filialların qəza komissarları üçün qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" fəsli üzrə treninq keçib və yol-hərəkəti qaydalarının tətbiqi mövzusunda nəzəri bilikləri yoxlanılıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, təlimdə komissarlara baş vermiş yol-nəqliyyat hadisələrində sığortalı sürücülərə hüquqi yardımın göstərilməsi və eyni zamanda qeyri-qanuni hallarla mübarizənin aparılması öyrədilib.

Qeyd edək ki, şirkət, bu toplantıları mütəmadi keçirmək niyyətindədir. Birinci belə toplantı isə keçən ilin noyabr ayında baş tutub - Yevlax şəhərində qəza komissarlarına “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları” mövzusunda təlim keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR