“PAŞA Bank” ötən ili 3 mln. manatlıq mənfəətlə başa vurub

“PAŞA Bank” ötən ili 3 mln. manatlıq mənfəətlə başa vurub
# 18 yanvar 2016 13:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 2 mlrd. 136,164 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 65,86% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,72% artaraq 736,854 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2014-cü il ilə müqayisədə 2,46 dəfə artaraq 84,135 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,01 dəfə artaraq 1 321,550 mln. manat olub.

Əhalinin əmanətlərinin həcmi isə 367,755 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 88,237% çoxdur.

Ötən il ərzində “PAŞA Bank”ın məcmu kapitalı 6,70% artaraq 355,265 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat təşkil edib.

2015-ci ildə bankın gəlirləri 2014-cü ilə nisbətən 67,92% artaraq 130,073 mln. manat, xərcləri isə 23,6% artaraq 59,376 mln. manat təşkil edib.

Cari ili bank 2 mln. 992 min manatlıq mənfəətlə başa vurub. Bu, 2014-cü ilə nisbətən 72,38% azdır. Belə ki, bank 2014-cü ili 10, 832 mln. manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR