Əfqanıstanda azı 119 silahlı məhv edilib

Əfqanıstanda azı 119 silahlı məhv edilib
# 21 iyul 2016 12:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Əfqanıstan Silahlı Qüvvələri son günlər ərzində azı 119 silahlını məhv edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Taliban hərəkatının Gilmənd əyalətinin Sanqin şəhərindəki rəhbəri Mavalavi Akax da daxil olmaqla, 22 üzvü öldürülüb.

Nanqarhar əyalətinin Açin rayonunda keçirilən əməliyyatlar zamanı İŞİD qruplaşmasının 48, Paktiya əyalətində isə 49 terrorçusu zərərsizləşdirilib. Əməliyyat zamanı silah-sursat aşkarlanıb, əllə hazırlanmış partlayıcı qurğular və minalar zərərsizləşdirilib.

Əfqanıstan Silahlı Qüvvələrinin 4 hərbçisi həlak oub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR