“Qanun” Nəşirlər Evində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətinə baxılıb

 “Qanun” Nəşirlər Evində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətinə baxılıb
# 12 avqust 2016 12:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Qanun” Nəşirlər Evində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Vəkil qərardan şikayət edəcəklərini deyib.

Qeyd edək ki, iyunun 11-də polis əməkdaşları “Qanun” nəşirlər evində axtarış aparıblar. Polis əməkdaşları nəşirlərdə şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.

Həmin axtarışın qanunsuz hesab edilməsi ilə bağlı nəşirlər evi Xətai rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR