Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub - EKSKLÜZİV

Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub - <span style="color: red;">EKSKLÜZİV
# 07 mart 2016 07:18 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR