Nazir müavini: "Restoran və şadlıq evlərinə kameraların quraşdırılması başa çatıb"

Nazir müavini: "Restoran və şadlıq evlərinə kameraların quraşdırılması başa çatıb"
# 06 aprel 2016 10:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb".

"APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi də yekunlaşıb: "Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiyini və getdiyini, o cümlədən aldığı qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaq. Vergilər Nazirliyi müğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədiyi məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR