Rusiyada gəliri yüksək olan pensiyaçılara təqaüd verilməməsi təklif olunub

Rusiyada gəliri yüksək olan pensiyaçılara təqaüd verilməməsi təklif olunub
# 23 sentyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Rusiyanın Maliyyə Nazirliyi aylıq gəliri 41,6 min rubl, illik gəliri 500 min rubl olan pensiyaçılara təqaüd verməməyi təklif edib.


"APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, sərt variant kimi pensiyaçılar üçün 1 mln. rubl limitinin tətbiqi planlaşdırılır.

Məlumata görə, bu tədbir həyata keçirilsə, 90 min pensiyaçıya təqaüd verilməyəcək.


Bundan başqa, nazirlik gəlirləri yaşayış minimumundan 2,5 dəfə yüksək olan pensiyaçılara sabit ödənişlərin ləğv edilməsini təklif edir. Bu dəyişiklik isə 2 mln. pensiyaçını əhatə edəcək.

Maliyyə Nazirliyi bütün bu tədbirləri 2017-2019-ci illərin federal büdcənin balanslaşdırılmasına nail olmaq üçün təklif edib. Hesablamalara görə, sərt varianta əsasən ödənişlərdən imtina tədbirləri illik 150 mlrd. rubla (3 mlrd. 825 mln. manata) qənaət etməyə imkan verəcək.

“Gəlin açıq danışaq, 1 milyon rubl gəlirə malik pensiyaçının dövlətin təqaüdünə ehtiyacı yoxdur”, - deyə nazirliyin əməkdaşı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR