AFFA legionerlə tətbiq olunan rüsumu dəyişir

AFFA legionerlə tətbiq olunan rüsumu dəyişir
# 01 mart 2016 10:04 (UTC +04:00)

Bakı – APA. AFFA legionerlər üçün klubların ödəməli olduğu rüsumun məbləğini dəyişdirir. Apasport.az saytının xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O, Klublar Komitəsinin bu gün keçirilən yığıncağından sonra bildirib ki, legioner rüsumu 20 min manatdan 5 min manata endiriləcək: “Klubların durumu və legioner rüsumu ilə bağlı danışdıq. Çünki hər bir klubun problemi bizim problemdi. Razılığımızı verdik. Klublar hər legioner üçün 5 min manat ödəyəcəklər. Rüsumda 15 min endirim etdik. Legioner limiti isə müzakirə olunmadı”.

Qeyd edək ki, rüsumun dəyişməsi ilə bağlı qərar İcraiyyə Komitəsində rəsmiləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR