Qafqaz Universitetinin elmi işçisi Almaniyanın Humboldt Universitetində çıxış edib

Qafqaz Universitetinin elmi işçisi Almaniyanın Humboldt Universitetində çıxış edib
# 17 fevral 2016 08:21 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzinin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantura tələbəsi və eyni zamanda QUSHEİ-in Almaniya şöbəsinin təmsilçisi Şamxal Əbilov Almaniyanın Humboldt Universitetinin Tarix fakültəsində “İran və Türkiyənin Qarabağ münaqişəsinin həllində rolu” adlı seminar təşkil edib.

Qafqaz Universitetindən APA-ya bildirilib ki, seminara Humboldt Universiteti tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının akademik heyəti, doktorantura və magistratura tələbələri qatılıb. Kafedrasının müdiri Eva-Maria Auchun Azərbaycan üçün faciəvi nəticələri olan Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişin əldə olunmadığını vurğulayıb.

Geniş məruzə ilə çıxış edən Ş. Əbilov münaqişənin tarixindən danışıb, bu məsələnin Cənubi Qafqazda geosiyasi maraqları olan İran və Türkiyə üçün hansı problemlər yaratdığını diqqətə çatdırıb. O, Azərbaycanla etnik və dini bağları olan Türkiyənin Azərbaycanı dəstəklədiyi halda Azərbaycanla dini bağları olan İranın Ermənistanı dəstəkləməsinin səbəblərini açıqlayıb.

Seminarda məruzə ətrafında geniş müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR