Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
# 18 aprel 2016 14:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Fransanın xarici işlər naziri Jan Mark Eyro Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadal bəyan edib. O bildirib ki, 19 aprel tarixində baş tutacaq səfər zamanı nazir Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, Suriya, Liviya, Ukrayna məsələləri müzakirə olunacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR