Rusiyalı politoloq: “Hazırkı durumda Moskva müqaviləsini ləğv edərək siyasi şiddəti artırmaq lazımdırmı?”

Rusiyalı politoloq: “Hazırkı durumda Moskva müqaviləsini ləğv edərək siyasi şiddəti artırmaq lazımdırmı?”
# 08 fevral 2016 14:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “1921-ci ildə Rusiya ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqavilənin denonsasiyası Sovet İttifaqının varisi kimi Rusiyanın Avropada müharibədən sonrakı sərhədlərin qorunmasına zəmanət verməsi məsələsini gündəmə gətirəcək”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun böyük elmi əməkdaşı, tanınmış politoloq Viktor Nadein-Rayevski bildirib.

V. Nadein-Rayevski deyib ki, Moskva müqaviləsinə uyğun olaraq Türkiyənin yeni şimali-şərq sərhədləri müəyyən edilib: “Beynəlxalq təhlükəsizlik sistemi ilə bağlı olan bu müqavilə hazırda bir-biri ilə quru sərhədi olmayan Rusiya və Türkiyə arasında olan bir razılaşmadır. Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi çərçivəsində Avropa təhlükəsizlik sistemi haqqında müqavilə imzalamışıq və müharibədən sonrakı sərhədlərin qorunub saxlanılmasının zəmanətçisiyik. Buna uyğun olaraq Sovet İttifaqının varisi kimi biz, BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda yer almışıq və Avropada bu sərhədlərin qorunmasının zəmanətçisi olacağımıza dair öhdəlik götürmüşük. Bu öhdəlik beynəlxalq və prioritet xarakter daşıyır”.

Rusiyalı ekspertin fikrincə, Moskva müqaviləsini ləğv etmək üçün bunun sərhədlərə təsirinə necə təsir edəcəyini ciddi öyrənib araşdırmaq lazımdır: “Bu məsələ beynəlxalq hüquqşünaslar səviyyəsində ciddi öyrənilməlidir. Regionda hazırkı vəziyyətə siyasi şiddət qatmaq lazımdırmı?..”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR