Leyla və Arif Yunusların şikayəti əsasında məhkəmə başlayıb

 Leyla və Arif Yunusların şikayəti əsasında məhkəmə başlayıb
# 04 mart 2016 08:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı keçirilib.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmədə baxış iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər.

Məhkəmə onların müraciətini təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR