Deputatın oğlu polis orqanlarında yüksək vəzifəyə təyin edilib

Deputatın oğlu polis orqanlarında yüksək vəzifəyə təyin edilib
# 24 iyun 2016 08:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.

Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR