Fransanın Marsel şəhərində baş verən atışmada üç nəfər ölüb

Fransanın Marsel şəhərində baş verən atışmada üç nəfər ölüb
# 25 oktyabr 2015 09:29 (UTC +04:00)

Bakı – APA. Naməlum şəxslərin oktyabrın 25-də gecə saatlarında Marsel şəhərində avtomatik silahdan atəş açmaları nəticəsində üç nəfər ölüb.

APA-nın məlumatına görə, regional “Provence” qəzeti yazır ki, ölənlərdən ikisi 15 yaşlı yeniyetmə, biri 23 yaşlı gəncdir.

İnsident “Lorye” məhəlləsində yaşayış binasının girişində baş verib.

Hadisənin motivləri və iştirakçıları barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR