Salyanda “KamAZ” çaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Salyanda “KamAZ” çaya düşüb, iki nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2016 06:40 (UTC +04:00)

Bakı-APA. Salyanda yük maşını çaya düşüb, iki nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “KamAZ” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtomobildəki sərnişinin kimliyi müəyyənləşib. Bu, 1973-cü il təvəllüdlü Həbibov Mahir Əbil oğludur.

***

29 mart 2016 saat 23:37

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur.

APA-nın Mil-Muğan bürosunun əldə etdiyi məlumata görə, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur.

Hadisə yerində axtarışlar davam etdirilir.

***

29 mart 2016 saat 21.48

Salyan. Əlibəy Zeynallı-APA. Sudan çıxarılan avtomobildə sürücü aşkar edilməyib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa, da salonda sürücü aşkar edilməyib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

Hadisə barədə əlavə məlumatlar dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR