Hollandiya şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandırır

Hollandiya şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandırır
# 30 mart 2016 08:36 (UTC +04:00)

Bakı. APA-Economics. Hollandiyanın “Offshore İndependents İnternational B.V.” şirkəti Azərbaycandakı filialının fəaliyyətini dayandırır.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, filial ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 93, ev 5 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Offshore İndependents İnternational B.V.” şirkəti neft və qaz hasilatı xidmətləri ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR