Azərbaycan XİN rəhbəri iranlı həmkarı ilə görüşüb

Azərbaycan XİN rəhbəri iranlı həmkarı ilə görüşüb
# 05 aprel 2016 11:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın məlumatına görə, İranın Ramsar şəhərində keçirilən görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

Xatırladaq ki, bu gün və sabah Ramsarda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR