Deputat Novruz Aslanov Tərtər rayonunda olub

Deputat Novruz Aslanov Tərtər rayonunda olub
# 07 aprel 2016 11:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov aprelin 6-da Tərtər rayonuna səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, səfərin məqsədi son günlər Dağlıq Qarabağ və ətraf rayonlarda yaşanan gərginliklə bağlı Az.QAC-ın həmin rayonlarla yanaşı ətraf rayonlarda yerləşən yerli bölmələri və regional mərkəzlərinin əməkdaşları ilə geniş tərkibdə müşavirənin keçirilməsi olub.

İlk olaraq Novruz Aslanov rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər İcra nümayəndələri ilə birgə təmas xəttində yerləşən Tərtər rayon Qapanlı kəndində zərər çəkmiş evlərə baxış keçirib, əhali ilə görüşmüş və mövcud vəziyyətlə yaxından tanış olub.

Daha sonra Tərtər rayon Gənclər Mərkəzində müşavirə başlayıb. Novruz Aslanov çıxışında yerli bölmələrin əməkdaşlarına və könüllülərinə Az.QAC -ın mandatına və missiyasına uyğun olaraq belə hallarda hansı hərəkətləri etmələri, zəruri yardım tədbirlərinin keçirilmə qaydaları, mülki əhaliyə bu vəziyyətdə özlərini necə aparmaları haqda maarifləndirici məlumatların verilməsi, zərurət yarandığı halda yerli icra hakimiyyəti orqanları ilə koordinasiya məsələləri və s. tədbirlər barədə ətraflı məlumatlar, həmçinin tövsiyə və tapşırıqlar verib.

Qeyd olunub ki, hadisələr zamanı Az.QAC şənbə və bazar günündə də iş başında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR