ABŞ-da naməlum şəxs küçədə atəş açıb, iki nəfər ölüb

ABŞ-da naməlum şəxs küçədə atəş açıb, iki nəfər ölüb
# 13 oktyabr 2015 04:20 (UTC +04:00)

Bakı – APA. ABŞ-da naməlum şəxsin küçədə açdığı atəş nəticəsində iki nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Konnektikut ştatının Hatford şəhərində baş verib.

Polis 2 nəfərin odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü təsdiqləyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 2-də Oreqon ştatının Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanmışdı. Bundan sonra Florida ştatında baş vermiş atışma nəticəsində 4 nəfər, Merilend ştatında silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR