BANM-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib

BANM-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib
# 10 may 2016 10:18 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub.

APA-nın xəbərinə görə, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib.

BANM-in bütün tədris auditoriyalarında ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi şərəfli həyat yolu haqqında danışılıb.

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Bayraq Muzeyində seminar təşkil olunub. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tərəfindən BANM tələbələri üçün “Heydər Əliyevin siyasi portreti” adlı seminar keçirilib.

Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR