Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”

Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”
# 26 fevral 2016 12:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb".

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".

Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-ə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR