İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
# 17 may 2016 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Chery A15” markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Chery A15” markalı avtomobilə “Sem” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib. Beləcə, avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu sökülərək oraya baxış keçirilib və qurğunun üst tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 9 ədəd şəffaf sellofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR