Bakıda döyüşə yararlı mərmi tapılıb

Bakıda döyüşə yararlı mərmi tapılıb
# 12 avqust 2016 12:26 (UTC +04:00)


Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən vediyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub.

Mütəxəsislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilib və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR