Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb olub

Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb olub
# 29 fevral 2016 19:32 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdənin Əyricə kəndində körpü uçub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, körpünün uçmasına səbəb Tərtərçay çayında suyun artması olub.

Tərtərçay Hidroqovşağı İdarəsindən APA-ya bildirilib ki, erməni tərəfi işğal altında saxladığı Sərsəng su anbarından çaya normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması Tərtərçay çayının və aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Xan Arx” su kanalının lil və çınqılla dolmasına səbəb olub.

Hazırda sel-sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyunun qalxması Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdə tikinti işlərini də ləngidib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR