BŞTİ: 14 175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib

BŞTİ: 14 175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib
# 14 mart 2016 09:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən xəbərə görə, hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 14 175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib.

Bildirilib ki, 12 737 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib: “Onlardan 10 447 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 290 nəfəri isə lisey və gimnaziyaları seçib. Bu günə olan rəsmi məlumata əsasən, 7 019 nəfər oğlan, 6 327 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilub. Onlardan 716 nəfərinin 6 yaşı tamam olmayıb”.

Qeyd olunub ki, I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur: “Belə ki, 13 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib. I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR