Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçiriləcək

Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçiriləcək
# 21 aprel 2016 15:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 26-dan etibarən Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçiriləcək. APA-nın xəbərinə görə, həkim-kardiocərrah, millət vəkili Rəşad Mahmudov Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Azəbaycan-Alman-Türk tibb konqresində çıxışı zamanı deyib ki, əməliyyatlar Səhiyyə Nazirliyinin tapşırığı və dövlətin dəstəyi ilə "Ürəklərimiz Qarabağda döyünəcək" şüarı altında təşkil olunacaq.

Onun sözlərinə görə, bu aksiya ilk olaraq, Füzulidə, sonra isə digər Qarabağ bölgələrində keçiriləcək: "Aksiyanın keçirilməsində məqsəd həmin bölgələrdə ürək xəstəliklərindən əziyyət çəkən insanlara az da olsa, diqqət göstərməkdir. Bununla dünyaya bir mesaj da vermək istəyirik ki, insanların sağlamlığına ən çətin zamanda belə diqqət yetirən bir dövlət heç bir zaman qan tökmək istəməz. Bizim arzumuz sülh və torpaqlarımızın işğaldan azad olunmasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR