Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində təlim keçir

Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində təlim keçir
# 20 sentyabr 2016 12:18 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir.

Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR