Qəbələ və Kislovodsk arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Qəbələ və Kislovodsk arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
# 14 sentyabr 2016 17:00 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə protokol imzalanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Kislovodsk şəhərinə səfər edib. S. Abdullayev əvvəlcə Kislovodskda təşkil edilən “Şəhər günü” adlı bayram şənliklərində iştirak edib. Sonra onun Kislovodsk şəhər administrasiyasının inzibati binasında şəhər rəhbərliyi ilə görüşü olub.

Görüşdə Qəbələ ilə Kislovodsk arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və qardaşlaşma barədə niyyət protokolu imzalanıb. Protokolu Kislovodsk şəhəri administrasiyasının başçısı Aleksandr Kurbatov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev imzalayıb.

Qəbələ rayonunun nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Kislovodsk şəhərinin sənaye və sanatoriya-kurort komplekslərinin fəaliyyəti ilə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR