Bərdədə əkizlərdən biri doğuş zamanı ölüb

Bərdədə əkizlərdən biri doğuş zamanı ölüb
# 12 iyul 2016 09:44 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdədə yeni doğulan uşaq ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.

A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.

Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR