Kvemo Kartli qubernatoru: "Turqay Mikayılov tezliklə ailəsinə qovuşacaq"

Kvemo Kartli qubernatoru: "Turqay Mikayılov tezliklə ailəsinə qovuşacaq"
# 23 dekabr 2015 20:04 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Beş ay ərzində Ermənistanda həbsdə saxlanılan və bu gün məhkəmə zalından sərbəst buraxılan Faxralı kənd sakini Turqay Mikayılov artıq Gürcüstan səfirliyinin maşını ilə İrəvandan çıxıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili APA-ya açıqlamasında bildirib.

"T. Mikayılov azad edildikdən sonra Gürcüstanın Ermənistandakı səfirliyində onun sənədləri qaydaya salınıb və o, gecə saatlarında Sadaxlı gömrük məntəqəsində olacaq. Turqay Mikayılov təxminən 4 saatdan sonra ailəsinə qovuşacaq" P. Xizanişvili vurğulayıb.

Xatırladaq ki, Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib. Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR