İndoneziyada İŞİD-ə qoşulmaq istəyən 7 nəfər saxlanılıb

İndoneziyada İŞİD-ə qoşulmaq istəyən 7 nəfər saxlanılıb
# 29 sentyabr 2016 03:45 (UTC +04:00)

Bakı-APA. İndoneziyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 7 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onların paytaxt Cakartanın beynəlxalq hava limanında saxlanıldığı bildirilir.

“İndoneziyada 2003-cü ildə qəbul edilən “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna əsasən, tutulanların yalnız 3-ə qarşı müvafiq ittiham irəli sürüləcək. Digər 4 nəfər şahid qismində dindiriləcək. Terrorizmlə mübarizəni gücləndirmək məqsədilə yaxın zamanlarda adıçəkilən qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub ”, deyə yerli polis nümayəndəsi bildirib.

Qeyd edək ki, yanvarın 14-də Cakartada törədilən hücum nəticəsində 2 nəfər ölmüş, 5 terrorçu məhv edilmişdi. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR