Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb
# 03 may 2016 10:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Pənahovdan nömrəsi silinmiş “FM Brovning m 1922” markalı tapança, 6 ədəd patron və patron darağı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR