Bakıda Meksika mətbəxinin təqdimatı keçiriləcək

Bakıda Meksika mətbəxinin təqdimatı keçiriləcək
# 14 sentyabr 2015 14:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Meksika mətbəxinin təamlarından ibarət menyu təqdim olunacaq.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir 16-18 sentyabr tarixlərində keçiriləcək.

Menyu Meksikanın Müstəqillik Gününün Azərbaycanda ilk dəfə qeyd olunması çərçivəsində “Gate 25” restoranında meksikalı baş aşpaz Angel Vazquez tərəfindən keçiriləcək.

Qeyd olunur ki, Meksikanın tarixi və coğrafi mövqeyinin nəticəsi olaraq ispan, Asiya, Afrika və Avropa mətbəxi, həmçinin müxtəlif qədim tayfalarının yeməklərindən gələn rəng, dad və formaların geniş çeşidinə gorə Meksika mətbəxi 2010-cu ildə UNESCO-nun Bəşəriyyətinin Qeydi-maddi İrsi kimi tanınıb. A. Vazquez 10 ildən artıqdır Meksika mətbəxinin dadını dünyanın müxtəlif ölkələrinə çatdırır. Onların arasında Mərakeş, Tayland, Yunanıstan, İndoneziya, Peru, Lüksemburq, Almaniya, Birləşmiş Ştatlar, Fransa və Vatikan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR