Topaz Premyer Liqasında mövsümün antirekordu təkrarlanıb

Topaz Premyer Liqasında mövsümün antirekordu təkrarlanıb
# 29 fevral 2016 12:08 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında (TPL) mövsümün antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 2 görüşündə hesabın açılmadığı XXIII turda cəmi 6 qol vurulub.

Bu isə orta məhsuldarlığın 1,20 olması deməkdi. Belə aşağı göstərici cari mövsümün antirekordunun təkrarıdı. Ötən il noyabrın 28-30-da baş tutan XIV turda da cəmi 6 qol qeydə alınmışdı.

Daha aşağı göstəriciyə sonuncu dəfə 2014-cü ilin avqustunda təsadüf olunub. 2014/15 mövsümünün II turunun 5 görüşündə elə 5 qol vurulub.

Ümumiyyətlə, cari mövsüm qolların azlığı ilə diqqət çəkir. 115 matçda cəmi 220 qol qeydə alınıb. Orta məhsuldarlığın 1,91-ə bərabər olduğu çempionat yarışın tarixinin ən aşağı göstəricisidi. İndiyədək antirekord məhsuldarlığın 1,98 olduğu 2010/11 mövsümünə aiddi ki, bu gedişlə çempionatın sonunda yeni nəticə müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR