İŞİD Suriyada qəzaya uğrayan hərbi təyyarənin pilotunu əsir götürüb

İŞİD Suriyada qəzaya uğrayan hərbi təyyarənin pilotunu əsir götürüb
# 22 aprel 2016 23:47 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Suriyada qəzaya uğrayan hərbi təyyarənin pilotunu əsir götürüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, pilot təyyarə qəzaya uğradığı ərazi yaxınlığında əsir götürülüb.

Qeyd olunur ki, təyyarə Dəməşq hava limanından cənub-şərqdə, İŞİD-in nəzarəti altında olan ərazidə yerə düşüb. Hərbi mənbələr MİQ-23 təyyarəsinin Suriya Hərbi-Hava Qüvvələrinə məxsusluğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR