Abşeronda şirkətə məxsus anbar yanıb

Abşeronda şirkətə məxsus anbar yanıb
# 17 mart 2016 05:51 (UTC +04:00)

Bakı-APA. Bu gecə Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR