Dövlət təşkilatları istilik enerjisi və qazdan istifadəni azaldıb

Dövlət təşkilatları istilik enerjisi və qazdan istifadəni azaldıb
# 18 may 2016 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Statistika Komitəsi bu ilin birinci rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən sərf edilən istilik enerjisi və qazdan istifadə göstəricilərini açıqlayıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 350,9 mln. kVt.saat elektrik və 60,9 min Q.kalori istilik enerjisindən, 53 mln. kubmetr təbii qazdan istifadə edilib.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 14,6%, təbii qazdan 3,7% çox istifadə edilib, istilik enerjisindən istifadə isə 5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR