Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
# 02 sentyabr 2016 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 1-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR