Azərbaycanlı zəvvarların Həcc qrafiki açıqlanıb

Azərbaycanlı zəvvarların Həcc qrafiki açıqlanıb
# 29 avqust 2016 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanlı zəvvarların Həcc ziyarəti qrafiki açıqlanıb və dönüş tarixində dəyişiklik edilib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar sentyabrın 2-dən etibarən hava limanı ilə Həccə yola düşməyə başlayacaq. Sentyabrın 4-nə qədər hər gün iki reys yola salınacaq.

Ziyarətdən qayıdış isə əvvəlcə nəzərdə tutulduğu kimi, sentyabrın 18-də yox, 19-da başlayacaq. Zəvvarların dönüşü ayın 20-si, 21-i və 22-də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR