Bakıda X Ümumdünya Böyrək gününə həsr olunmuş konfrans keçirilib

Bakıda X Ümumdünya Böyrək gününə həsr olunmuş konfrans keçirilib
# 10 mart 2016 14:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında X Ümumdünya Böyrək gününə həsr olunan elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev bildirib ki, Azərbaycan hökuməti tərəfindən ölkədə böyrək xəstələrin müalicəsi üçün xüsusi şərait yaradılıb, dializ mərkəzləri qurulur.

M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib ki, dünya əhalisinin təxminən 10%-i xroniki böyrək xəstəliklərindən əziyyət çəkir və hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından tələf olur. Onun sözlərinə görə, Ümumdünya böyrək gününün keçirilməsində də məqsəd məhz anadangəlmə və qazanılmış böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə diqqəti artırmaq, həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən digər xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya və s.) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında maariflənmə və təbliğatı gücləndirməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR