Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb

Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb
# 07 mart 2016 12:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Pakistanın şimalında yerləşən Hayber-Pahtunhva əyalətində terrorçu-kamikadzenin məhkəmə binası önündə özünü partlatması nəticəsində 9 nəfər ölüb, 18 nəfər ağır yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

APA-nın “Əl Cəzirə”yə istinadən verdiyi xəbərə görə, xəstəxanadan ölənlər arasında iki qadın və bir uşaq olduğu bildirilir.

Polis məntəqəsinin inspektoru Ali Jan Xan bildirib ki, terrorçu məhkəmə binasına daxil olmağa cəhd edib: “Onun qarşısını iki mühafizəçi kəsib. Nəticədə həmin şəxs əlində olan partlayıcı qurğunu binanın kənarında işə salmaq məcburiyyətində qalıb”.

A. Xanın sözlərinə görə, hadisə yerinə təcili yardım briqadaları cəlb olunub, lakin ölənlərin sayının artacağı istisna edilmir.

Hücuma görə məsuliyyəti yerli terror qruplaşmalarından olan “Tehrik e Taliban” öz üzərinə götürüb. Silahlılar kamikadze hücumunun pakistanlı desantın edamı ilə əlaqədar olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR