Azərbaycanda son bir ildə manatla pul kütləsi 13% azalıb

Azərbaycanda son bir ildə manatla pul kütləsi 13% azalıb
# 11 iyul 2016 13:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il iyunun 1-nə 20 629,7 mln. manat, təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 662,9 mln. manat və ya 8,77% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda aprel ayı ilə müqayisədə cari ilin may ayında geniş mənada pul kütləsi 64 mln. manat və ya 0,31% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 450,7 mln. manat və ya 13,1% azalaraq 2016-cı il iyunun 1-nə 9 600,7 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR